"Monella" şirkəti 20 min manat cərimələnib

Dövlət Əmək Müfəttişliyi Xidməti "Monella" MMC barədə inzibati protokol tərtib edib.

"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Monella" MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar