Gürcüstanda etiraz aksiyası keçirilib - Baş Nazirin istefası tələb olunur
Baxiş sayı:
Dərc olunub:
22/10/2019 - 10:41
Tbilisidə İpək Yolu Forumunun keçirildiyi ərazidə etiraz aksiyası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, aksiya iştirakçıları Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın istefasını tələb ediblər.
Etirazçılar Baş Nazirin iyunun 20-21-də Tbilisidə parlamentin binası qarşısında baş verən polis-vətəndaş qarşıdurmasına görə məsuliyyət daşıdığını bildiriblər.
Qeyd edək ki, aksiyanın keçirildiyi vaxtda Baş Nazir G. Qaxaria forumda çıxış edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.