Sədərəkdə polis müəllimi imza topladığına görə saxlayıb

Şənbə günü səhər Sədərəkdə polis yerli 1 nömrəli məktəbdə işləyən ədəbiyyat müəllimi Seyfulla Nəcəflini saxlayıb.

Müəllimin oğlunun verdiyi məlumata görə, Nəcəflinin saxlanılmasına səbəb Naxçıvan Muxtar Respublikası rəhbərliyinə elə həmin məktəbin iki ay əvvəl işdən qovulmuş bir qrup müəlliminin müdafiəsi üçün müraciətə imza toplaması olub.

Müəllimlərin işdən qovulmasının səbəbi onların məktəb direktorunun namizədliyi ilə razılaşmaması olub.

"Atam bu qovulmanı əsassız hesab edir və qovulanların işə bərpa edilməsi xahişi ilə müraciətə imza toplayırdı. Lakin tezliklə polis gəlib və atamı aparıb. Bizə hər-hansı məlumat verilmir və hətta onun polisdə olduğunu belə təsdiq etmirlər", deyə müəllimin Kamran adlı oğlu Turan-a bildirib.

Naxçıvan DİN-dən şərh almaq cəhdləri nəticə verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar