Dünyanın ən zəngin ərəb şeyxləri -FOTOLAR

Ərəb şeyxləri təkcə öz ölkələrində deyil, bütün dünyada sərvətləri ilə ad çıxarıblar. Avropanın bir çox klublarını alan ərəb şeyxləri il boyu futbolçu transferləri üçün milyonlar xərcləməkdən vaz keçmirlər.

Ərəb şeyxləri var-dövlətləri, övladları isə bu var-dövləti xarici ölkələrdə sağa-sola xərcləməyə adət ediblər. Modern.az-ın xarici KİV-lərı istinadən hazırladığı ən zəngin ərəb şeyxlərininin siyahısını təqdim edirik.

 

Şeyx Tamım min Hamad Əl Thani. Qətərin indiki lideri olan Şeyx Thaninin sərvəti 2 milyard dollardır. Onun İngiltərədə “Harrods”, “Barclays” və “Sainsburys”də sərmayələri var.

Şeyx Faisal min Qassim Al Thani. Qatarı idarə edən ailədən olan Qassim Əl Thaninin sərvəti 2,2 milyard dollardır. Şeyx olmasına baxmayaraq rəhbərlikdə söz sahibliyi əldə edə bilməyib.

Şeyx Hamad min Xəlifə Əl Thaninin sərvəti isə 2,4 milyard dollar dəyərindədir.

Dubay şeyxi və Birləşmiş Ərəb Əmirliklərinin başqan köməkçisi Maktumun indiki sərvəti 4,5 milyard dollardır.

Şeyx Mansur bin Zayed Əl Nahyan. Abu-Dabi Şeyxinin qardaşı olan Əl Nahyanın sərvəti 4,9 milyard dollara çatıb. Əl Nahyan eyni zamanda İngiltərənin “Mançester Siti” futbol klubunun da sahibidir.

Şeyx Mohammed Hussein Əli Əl Amoudi dünyadakı ən zəngin kral ailəsindən olmayan ərəb vətəndaşıdır. Onun 14,3 milyard dollar sərvətinin olduğu bildirilir.

Şeyx Xəlifə Bin Zayed Əl Nahyanın sərvəti isə hazırda 18 milyard dollara çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar