PREZİDENTİN MESAJI KİMLƏRƏ ÜNVANLANIB? - Pensiya yaşını keçən yüksək vəzifəlilərin siyahısı

 

“Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”. Sözsüz ki, ölkə başçısı İlham Əliyevin baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə səsləndirdiyi bu fikirlər iqtidar komandası üçün önəmli bir mesajdlr.

Eyni fikri baş nazirin digər müavini Əli Həsənovla görüşdə də səsləndirməsi, həmçinin son iqtisadi müşavirədə islahatlarla bağlı verdiyi açıqlamalar Prezidentin hakim komandada ciddi islahatlar aparmaqda qərarlı olduğunu sübut edir. Bu səbəbdən yaxın zamanda hökumətdə və ümumilikdə iqtidar komandasında ciddi kadr dəyişikliklərinin və yenilənmənin müşahidə olunacağı gözlənilir.

Ölkə başçısının pensiya yaşı çatmış və yaşı 70-i keçmiş məmurlarla bağlı çağırışının konkret olaraq  kimlərə ünvanlandığı barədə dəqiq bir şey deyə bilmərik. Lakin hakim komandada təmsil olunan məmurların yaşı ilə əlaqədar apardığımız kiçik araşdırma göstərir ki, pensiya yaşını keçmiş, hətta yaşı 70-dən yuxarı olan iri ranqlı məmurlar az deyil.

Qeyd edək ki, Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. "Dövlət qulluğu haqqında" Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.

Ramiz Mehdiyev -  81 yaş. 1995-ci ildən  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir.

Yaqub Eyyubov 74 yaş.1999-cu ildən Baş Nazirin müavini, 2003-cü ildən baş nazirin birinci müavinidir.

Ramil Usubov 71 yaş. 1994-cü ildən Daxili İşlər naziri, 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibidir.

Əhməd Əhmədzadə - 74 yaş.  2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Hazırda hökumətin üzvü olmasa da iqtidar komandasının təmsilçisi sayılır.

Akif Əlizadə - 85 yaş.  2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Əlizadə məmur heab olunmasa da,  də iqitidar komandasının təmsilçisi kimi rəsmi protokola daxil edildiyindən Prezidentin çağrışı ona da aid edilə bilər.

Oqtay Şirəliyev69 yaş2005-ci ildən Səhiyyə naziridir. Şirəliyev hələ 70 yaşı keçməsə də Prezidentin tövsiyyəsini ona da aid etmək olar. Həm 70 yaşına çox az qaldığından, həm də səhiyyənin idarəçiliyində yaratdığı problemlərə görə.

Ümumiyyətlə, nəzərə alsaq ki, ölkə başçısı H.Abutalıbovla görüşərkən söylədiyi fikirlərdə təkcə 70 yaşı keçən məmurlar deyil, pensiya yaşına çatanlardan da söhbət gedir, o zaman bu siyahıya Elman Rüstəmovu – 67 yaş(1995-ci ildən Mərkəzi Bankın sədridir) və Əli Əhmədovu – 66 yaş (1999-cu ildən YAP-ın İcra katibi, 2005-ci ildən YAP Sədrinin müavini, 2013-cü ildən Baş Nazirin müavinidir), Mübariz Qurbanlı- 65 yaş ( 2014-cü ildən Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri) əlavə etmək olar.

Nazir və komitə sədrlərinin müavinlərinin arasında da da pensiya yaşını keçənlər var.  Məsələn,  Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin 68, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədr müavini Səyyad Aranın 67 yaşı var.

Cəmiyyəti maraqlandıran suallardan biri isə budur - 75 yaşlı Hacıbala Abutalıbovla 71 yaşlı Əli Həsənovdan ilk olaraq kimlər nümunə götürəcək və kimlər Prezidentin tövsiyəsinə əməl edəcək? Yəqin ki, bu sualın cavabı çox yaxın zamanda məlum olacaq...

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

İqtisadçı 2019-10-22 15:33:53

Məmurlar arasında yaş senzi qoyulmalıdır.Pensiya almağa başlayan məmur işdən azad edilməli (çünki onların pensiyaları digər vətəndaşlardan xeyli yüksəkdir.Belə halda həm yüksək pensiya almaq,yüksək maaş almaq,hətta bir çoxlarınn rüşvət formada qazandıqları) yerlərinə gənc,perspektivli.uyğun ixtisaslı,təcrübəyə malik gənclər təyin edilməlidir.Yalnız bu zaman həm işsizliyə yardım olar,həm də sosial ədalətdən danışmaq olar.

O.B.N 2019-10-22 15:33:53

Dünyada müxtəlif cəza növü var.ABŞ-da güllələmə,qaz kamerası,elektrik masası,İranda darağacından asma.Bunlardan da ən ağrı bizdədir Vəzifədən azad etmə.

vetendash 2019-10-22 15:33:53

TECILI ve MECBURI, GONDERIN bu MILYARDER QOCALARI PENSIYAYA...., chunki,....

Qaxlı 2019-10-22 15:33:53

Mən əminliklə deyirəm ki Prizidentin çağırışına birinci əməl edən Əhməd Əhmədzadə olacaq.bunu 100% deyirəm.Sonra da dalınca 73 yaşlı qardışı Mübariz Əhmədzadə.Məclislərin birində Əhməd müəllim öz dili ilə deyib ki Cənab Prizident buraxsa idi gedərdim dəhşət yorulmuşam.Belə fürsət heç vaxtı ələ düşməz hörmətli Əhməd müəllim.

rasim 2019-10-22 15:33:53

Siz muxbirlerin isi galib allaha? Yadima Molla Nesredin dusur!Deyirler molla as gelir,deyir mene ne,deyirler size gelir,molla da cavabinda onda sene ne?A bala Kimi cixarib ,Kimi qoyacaglar size ne?Vaxt gelende Zizde gedeceksiz pensiyaya!Biride bilin,her adama qismet olmur pensiya?

SQ 2019-10-22 15:33:53

Hamı getsədə Ələddin Məmmədov MTTŞR müavinliyindən getməz.

Son yazılar