Britaniya parlamenti də Əliyevi legitim prezident hesab etmədi

Saxta seçki Londonda müzakirə olundu; Avropa Şurası müsbət rəyinə görə ittiham edildi

Böyük Britaniya parlamentinin Aşağı Palatasında hakim Mühafizəkarlar və müxalifətdəki Leyboristlər partiyalarından olmaqla, iki deputatın təşəbbüsü ilə Azərbaycandakı son seçkilər müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı britaniyalı deputatlar Azərbaycandakı seçki zamanı yol verilmiş saxtakarlıqlardan, o cümlədən seçkinin nəticələrinin səsvermə başlamamışdan əvvəl yayılmasından dəhşətə gəldiklərini bildiriblər. Bu barədə məlumatı azadlıq.info Britaniya parlamentinin saytındn götürüb.

Məlumatda qeyd olunur ki, parlamentarilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçkiyə verdiyi qiyməti dəstəkləyir və bu qurumun prinsipial mövqeyini alqışlayır. ATƏT müşahidəçilərinin qeydə aldıqları pozuntulara diqqət yetirilib. Bildirilib ki, seçici siyahılarıyla manipulyasiya, bir namizədə verilmiş səslərin protokolda başqasının xeyrinə yazılması kimi halların şahidi olmuş ATƏT təmsilçiləri müşahidə apardıqları seçki məntəqələrinin 58 faizində səslərin sayılması prosesini pis və ya çox pis qiymətləndiriblər. Bundan başqa, seçki məntəqələrində açıq-aşkar topa-topa bülletenlərin qutulara atılmasını müşahidə ediblər.

Məlumatda xatırlanır ki, ABŞ Dövlət Departamenti də Azərbaycandakı seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.

Eyni zamanda, britaniyalı parlamentarilər Avropa Şurası müşahidəçilərinin seçkiyə verdiyi qiymətdən təəccübləndiklərini bildiriblər: "Təəccüblüdür ki, Avropa Şurasının müşahidə missiyası bu seçki ilə bağlı rəyində hər hansı qanun pozuntusundan bəhs etməyib. Bu inanılmaz rəy insan hüquqlarının müdafiəçisi kimi tanınan bir təşkilatın - Avropa Şurasının nüfuzuna zərbədir"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar