Kim Çen Inın müavini Bakıya yola düşüb

Dərc olunub: 22/10/2019 - 16:24

59d3fc4f-0f67-401b-b171-b3772520e356Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini, Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Pxenyandan yola düşüb.

“Report” bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, Şimali Koreya Dövlət Şurasının sədri Kim Çen Indır.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək.






loading...


Fikrinizi bildirin