Milli Məclisə 1 ildə xərclənəcək məbləğ məlum oldu – 45 milyon 488 min 15 manat

Dərc olunub: 22/10/2019 - 16:30

1543566631100967380_650ba9f5-0ad3-4430-bd97-c1eb77d8f6c11542096537Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.

Xərclər smetasdan əməyin ödənişi fondu – 36 milyon 105 min 1 manat, ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, ekspertlərin əmək haqqı – 427.680 manat, Milli Məclisin aparatı üzrə əmək haqqı – 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı – 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı – 4 milyon 7995 min 5960 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr – 2 milyon 229 min 840 manat, ştatdankənar işçilərin əmək haqqı – 30 min 500 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat və s xərclərə vəsait ayrılıb.






loading...


Fikrinizi bildirin