“Günay Sığorta” turizm tədbirinə dəstək oldu – Fotolar

Dərc olunub: 22/10/2019 - 17:20

əsas şəkilBƏƏ-nin ən nüfuzlu şirkətlərindən biri olan Voyager Group tur operator şirkəti Azərbaycanda ənənəvi “Road show” keçirdi. Tədbirin tərəfdaş şirkətlərindən biri də “Günay Sığorta”dır.

Voyager Group tur operator şirkəti Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə geniş nüfuza və həmin ölkələrdə yerləşən turizm şirkətlərinin böyük etibarına malikdir.

Tədbir 11.10.2019 tarixində Circle restaurant and Music Hallda baş tutdu. Gözlənildiyi kimi 100-ə yaxın turizm şirkəti bu tədbirdə iştirak etdi. Burada BƏƏ-nin ən məşhur otellərinin rəhbər heyətləri, Flydubai, turizmplus.az, Pegasus H/Y-nın nümayəndələri öz yenilikləri ilə turizm şirkətlərinin nümayəndələrini məlumatlandırmışdır. Sonda tədbir iştirakçıları üçün şou-proqram və əyləncəli müsabiqələr təşkil olundu. Tədbirin iştirakçılarına “Günay Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.






loading...


Fikrinizi bildirin