“Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq” – Pentaqon rəhbəri

Dərc olunub: 22/10/2019 - 22:46

bf3f0b18-2a19-4165-9e2a-bc9983508cd8Pentaqon rəhbəri Mark Esper Türkiyə ilə hərbi münaqişəni istisna edib.

Bu barədə “Report” CNN-ə istinadla xəbər verir.

“Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə vuruşa hazırlaşmırıq”, – deyə o, CNN telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.

“Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton “dünyada sülh”ə üstünlük verir.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyada PKK/YPG terrorçularına qarşı “Barış pınarı” antiterror əməliyyatına başlayıb.






loading...


Fikrinizi bildirin