Bakıda binanın girişində yeni doğulmuş oğlan uşağı tapılıb

Dərc olunub: 22/10/2019 - 23:09

45daf523839a75Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Dadaş Bünyadzadə küçəsi 2-də yerləşən 7 saylı yataqxananın girişində yeni doğulmuş oğlan uşağı tapılıb.

APA xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Araşdırmalar aparılır.






loading...


Fikrinizi bildirin