"AZƏRBAYCANDA HƏKİMLƏR BİRLİYİ YARATMAQ LAZIMDIR" - Həkim-cərrahdan yeni model təklifi

Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Prezident İlham Əliyevin daha bir müraciət ünvanlayıb. 

Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Hüquqlarının bərpası, haqqının təmin olunması üçün məhkəmələrə müraciəti isə nəticəsiz qalıb.  Bu haqda onun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 

Möhtərəm Prezident!

Mən Avropada, ərəb ölkələrində və keçmiş sovet ölkələrində çalışmışam. Sizi və bütün vətəndaşlarımızı əmin edə bilərəm ki, hazirda Azərbaycanda dünya səviyyəsində əməliyyat edə biləcək cərrahlarımız vardır. Lakin Səhiyyə Nazirliyinin apardığı səhv, bağışlanılmaz kadr siyasəti, səhv təchizat və düzgün olmayan təkmilləşmə siyasəti səhiyyəni pis günə goymuşdur. Səhiyyənin strukturunda yeniliklər aparılması zəruridir. Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur.  Sadəcə Siz Asan Xidməti bir model kimi yaratdınız, bu təqdirə layigdir. Bu Asan Xidmət Avropa ölkələrində poçtlarda mövcuddur. Lakin Siz bunların hamısından üstün bir model yaratdınız. Bu model digər ölkələrə nümünə kimi göstərilə bilər. Mən də Azərbaycanda Həkimlər Birliyini yaratmaq təklifi ilə çıxış edirəm. Bu model bir çox ölkələrdə vardır. Bunların əsasında yeni bir model yaratmaq iqtidarındayam. Bu model yaradılarsa həm bütün həkimlərin, həm pasiyentlərin (xəstələrin ) xeyrinə və nəticədə Azərbaycan dövlətinin vətəndaşların xeyrinə olacaqdır. Bu model (birlik ) yaradılarsa, həkim və xəstələr arasinda olan bütün narazılıqlara son goyulacaq. Hüqüq mühafizə orqanlarına səhiyyə ilə bağlı şikayətlər  azalacaq, vətəndaşlarımız düzgün ixtisaslaşmış tibbi yardım alacaqlar. Dövlət tərəfindən mənə dəstək göstərilərsə, bu model barədə mən çalışmağa hazıram. Onu da bəyan edim ki, bu qurum siyasətlə əlaqəsi olamayan və səhiyyə nazirliyinin kadr işlərinə qarışmayan, əksinə nazirliyə çox böyük yardımı olan bir birlik olacaqdır. Bu işlərə başlamaq üçün oncə səhiyyənin strukturunda tamamilə dəyişiklik aparılmalıdır. Bununla əlaqədar yaradılacaq işçi qrupa öz tövsiyələrimi verəməyə hazıram. İnaniram ki, bu işi bilən həkimlərimiz də çoxdur.

Möhtərəm Prezident!

İndi isə Azərbaycan Respublikasının Prezidentinin fərman və qərarlarını, Nazirlər Kabinetinin qərarlarını yerinə yetirməyən, hətta bunların əksinə hərəkət edən məmurların bəzilərinin adlarını Sizlərə təqdim edirəm. Nəsimi Rayon İcra başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov,Bakı Şəhər prokuroru İlqar Abbasov, Nəsimi rayon prokuroru Salman Məmmədli, müavini Rauf Qasımov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, hakimlər ( Pərviz Hüseynov, Əli Rüstəməv, Əhməd Nurməmmədov, İsmayil Xəlilov, Abiddin Hüseynov, Fuad Talışinski, Zaur Əliyev, Rəfael Eyvazov, Əflatun Qasımov, Əmir Bayramov, Namiq Məmmədov ), Binəqədi Rayon polis İdarəsinin rəisi Musa Musayev, Nəsimi rayon Polis idarəsinin rəis müavini Oruc Əmiraslanov. Bu siyaninı daha da artırmaq olar məncə kifayətdir.

Möhtərəm Prezident!

Müvafiq orqanlar da Sizlərə düzgün məlumat vermir. İndi yüksək texnologiyalar əsridir və bu da  ( polis , prokurorluq və məhkəmə salonlarinda, qəbul otaqlarinda kameralar yerləşdirilib ) Azərbaycanda geniş tətbiq edilmişdir. Bu vasitələrlə həmin orqanlarda baş verənlər haqda daha dəqiq məlumat almaq olar. Bu da layiq olmadığı kreslolarda oturaraq Azərbaycanın imicinə ləkə gətirən məmurları vaxtında vəzifəsindən azad etməyə şərait yaradar. Vaxtınızı ayirib bu məgalani oxuduğunuz üçün təşəkkür edirəm.

Hörmət və sayğılarla:

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü,

Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvü,

Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov."

635x100

Şərhlər

Əli 2019-10-23 09:23:28

Binəva bilmir ki, Azərbaycanda onilliklərlə əvvəl tibbin ayrı-ayrı sahələri üzrə peşə birlikləri, cəmiyyətləri mövcuddur. Sadəcə onların işini fəallaşdırmaq, səlhiyyətlərini genişləndirmək lazımdır.

t.ədalət 2019-10-23 09:23:28

Bəlkə də həkim-cərrah haqlıdır."Yazıçılar birlyi","kinematoqrafçılar ittifaqı",nə bilim daha nə "zadçılar birliyi" olan yerdə hər bir sahənin "birliyini" yaratmaq olar.Təkcə "Dağlıq Qarabağ və ona bitişik ərazilərin azad olunması uğrunda xalq Birliyi"ndən başqa.Mənafelər uğrunda mübarizə bizi çox məsələlərdən aralı salacaq..

Son yazılar