Bakıda tikintidə pul üstündə baş verən davada bir nəfər ağır xəsarət alıb

Dərc olunub: 22/10/2019 - 23:32

davaBakının Nizami rayonunda kütləvi dava zamanı 34 yaşlı kişi xəsarət alıb.

Hadisə B.Çobanzadə küçəsində, “Oskar” restoranının yaxınlığında yerləşən tikintidə baş verib.

Belə ki, Elgiz və Səxavət adlı şəxslər, eləcə də, başqa 2 nəfər 1985-ci il təvəllüdlü Göyüşov Coşqun Ağalar oğlu ilə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı C.Göyüşov döyülərək xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona bədənin və başın küt travması, qolun və ayaqların əzilmiş yarası diaqnozu qoyulub.

İlkin məlumata görə, C.Göyüşovla digər şəxslər arasında pul üstündə mübahisə yaranıb. Nəticədə dava baş verib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.






loading...


Fikrinizi bildirin