İçkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsi artırılır

Gələn ildən konyak istisna ilə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.

APA-nın məlumatına görə, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Beləliklə, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 2,1 manata qaldırılır.

Bu siyahıda yer almayan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün isə 0,4 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Konyak və konyak materiallarının hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endiriləcək.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasili tətbiq edilməklə hesablanır.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

635x100

Şərhlər

Qarib Bashirov 2019-10-23 08:15:02

Çox gözəl qərardır.Varlılar və imkanı,pulu çox olanlar uçun siqaret və spirtli içkilər uçun böyuk guzəştlər edilir. Belə ki, yuksək elitanın içdikləri konyaka tətbiq edilən aksizlər yarıba-yarı azaldılır, bahalı şərablar və şanbanlara yeni aksizlər tətbiq olunmur(litrinə 20 qəpik)Həmin bu elitanın da çəkdikləri bahalı siqaretlər və siqaralar qiymətindəki aksiz artımın xususi çəkisi demək olar ki, sıfırdır.Amma, kasıbların istifadə etdikləri məmulatların az qala yarısı aksiz dərəcəsinə hesablanır.

t.ədalət 2019-10-23 08:15:02

Ölkədə qiymət artımı,artıq "potoloka" dirənib.Hara baxırsan qiymət artımı və cərimələr meydanıdır.Yoillarda qurulan "sarı torlar" həbsxana qəfəsi kimi sürücüləri sıxır.Neft və qazdan əldə olunan pullar,deyəsən,həqiqətən büdcəyə daxil olmur.Ölkənin maliyyə ehtiyacları mağara təfəkkürlü adamların zalımcasına əhalinin qarət edilməsinə yönəlib.

Son yazılar