Gəncədə 17 yaşlı gənc qətlə yetirilib

Dərc olunub: 23/10/2019 - 00:04

modern.az_bicaqla_716Gəncə şəhərində qətl törədilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb.

O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisə mərhumun qohumu tərəfindən törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.






loading...


Fikrinizi bildirin