Lavrov Türkiyənin “Barış bulağı” hərbi əməliyyatının başa çatdığını bildirib

Dərc olunub: 23/10/2019 - 00:25

lavrov“Türkiyənin Suriyanın şimal-şərqindəki “Barış bulağı” hərbi əməliyyatları başa çatıb. Bundan sonra hər şey kürd qruplaşmalarının geri çəkilməsindən asılı olacaq”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Əmıliyyatlar başa çatıb. İndi hər şey razılıqların necə icra olunmasında, o cümlədən kürd qruplaşmalarının qüvvələrini geri çəkməsindən asılı olacaq”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Soçi şəhərində Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin arasında Suriya münaqişəsinin nizamlanması ilə bağlı 6 saatdan çox danışıqlar keçirilib. Danışıqların yekunu ilə bağlı Putin və Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Danışıqların yekunu ilə bağlı birgə Memorandum qəbul olunub.






loading...


Fikrinizi bildirin