ƏLİ ƏSƏDOV KADR DƏYİŞİKLİKLƏRİNƏ BAŞLADI - Nazirlər Kabinetində yeni təyinatlar

Dərc olunub: 23/10/2019 - 09:45

eli1Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Belə ki,  Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.

APA-nın xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.






loading...


Fikrinizi bildirin