Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad edilir

Gələn il yanvarın 1-dən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilir.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

635x100

Şərhlər

t.ədalət 2019-10-23 10:02:32

Görünür,Rusiya ərazisində yeni-yeni müəssisə və b.tikililərin aparılması üçün ehtiyac yaranıb.ƏDV-nin xalqa xeyri isə,məşhur bir aşığın dediyi kimi, "mənə qaldı boş çuvalı kortofun"-olacaq.Belə "iqtisadi oyunlar" heç kimin toyuğuna çəkilən xərci azaltmayacaq.Bütün bunlar onu göstərir ki,ölkədə dövləti işi bacarmasalar da, xalqı çapıb-talayan metodları bilən təcrübəli dələduzlar var..

Son yazılar