“TRİZ METODİKA - İNNOVATİV UŞAQ KLUBU” - Fotolar

Hörmətli  valideynlər!  Uşaqlarınızın  kreativ inkişafına  dəstək verən innovativ xarakteli  kurslar  açılmışdır.  Bu  kurslar   “TRİZ  PEDAQOGİKA”  və  “ Emosional  intellekt”   istiqamətlidir.   Bundan əlavə  “UŞAQLARIN  ÜMUMİ  İNKİŞAFI”   və  “MƏKTƏBƏ HAZIRLIQ” kursları da  fəaliyyət göstərir. 

Kurslar  əsasən  3-8  yaşlı  uşaqları əhatə edəcəkdir.  Valideynin istəyindən asılı olaraq böyük yaş qrupları da  ola  bilər. Kurslarda  uşaqlara   21-ci əsrin əsas  səriştələri  olan kreativlik, yaradıcı təfəkkür, emosiyaların idarə edilməsi  kimi  mühüm bacarıq və  vərdişlər aşılanacaqdır. Belə kurslar  dünyanın  bir çox ölkələrində çox geniş yayılmışdır.

TRİZ  PEDAQOGİKA  NƏDİR?   TRİZ  PEDAQOGİKA 80-cı illərdə formalaşmış elmi pedaqoji istiqamətdir. Onun əsasını  G.S.Asltşullerin yaratdığı  TRİZ nəzəriyyəsi təşkil edir. Bu gün  dünyada  çox  geniş  tətbiq  edilən bu  nəzəriyyə 50 il  əvvəl  Bakı şəhərində  yaradılmışdır. TRİZ  PEDAQOGİKA-nın  məqsədi   müxtəlif  fəaliyyət sahələrindən olan   mürəkkəb  problemlərin  həllinə  imkan verə bilən   güclü təfəkkür formalaşdırmaq, yaradıcı  şəxsiyyət  tərbiyə etməkdir.  Bu  işə  erkən yaşlardan başlamaq  lazımdır.  Problemli təlim   vasitələrindən fərqli olaraq  TRİZ  dünya  təcrübəsində  mövcud olan   ixtira  məsələlərinin həll  metodlarını  ümumiləşdirərək, güclü  metodologiya və  alqoritmlər yaratmışdır. Dünyanın  bir çox  ölkələrinin  təhsil  müəssisələrində (uşaq  bağçasından başlayaraq  universitetlərə  qədər)  - TRİZ   tədris edilir. Biz də  Bakı  şəhərinin kiçik yaşlı  uşaqlarına  TRİZ-i öyrətmək istəyirik .

Emosional  intellekt   NƏDİR?  Emosional   (sosial, ictimai)   intellekt (Eİ)  insanın emosiyalarını,  özünün və başqalarının  məqsəd, motiv  və istəyini  dərk etməsi, praktik məsələlərin həlli məqsədi  ilə özünün və ətrafındakıların emosiyalarını idarə etməsidir. Eİ çevik vərdişlərə aiddir.  İntellektual  testlər  çox  vaxt  insanın həyatda  və  karyerada  yüksəlişini  düzgün poqnozlaşdıra  bilmir,   buna  reaksiya olaraq  Eİ anlayışı yaranmışdır. Eİ izah edir ki,  uğurlu  insanlar  digərləri ilə emosional  əlaqələr  əsasında  səmərəli  münasibətlər  qurur,  öz  emosiyalarını  effektiv idarə edir,  amma  ənənəvi  intellekt  anlayışı  bu  aspektləri  nəzərə almır və İQ testlər  bu qabiliyyətləri  qiymətləndirə bilmir.

 Ünvan: Bakı ş, Ceyhun Hacıbəyli 28 C (Dədə Qorqud parkının yaxınlığı).

Əlaqə nömrəsi: 055-813-07-77,  e-mail: [email protected]

 

[gallery columns="5" size="full" ids="562915,562917,562918,562919,562920"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar