PARLAMENTİN DƏ “YAŞ İSLAHATINA” EHTİYACI VAR -  Az qala hər 5 deputatdan birinin yaşı 70-i keçib + Siyahı

Ölkə başçısının ciddi kadr islahatlarına gedilməsinə dair qərarı, eləcə də pensiya yaşına çatmış və yaşı 70-i keçmiş şəxslərin yeni, gənc nəslə yol açmalarına dair tövsiyyəsi bütün diqqəti hakim komandanın yaşlı təmsilçilərinə yönəldib. Artıq vəzifədən öz ərizələri ilə azad olunduqları bildirilən Baş Nazirin müavinləri Hacıbala Abutalıbovla Əli Həsənovun ardınca AMEA prezidenti, 85 yaşlı Akif Əlizadə də istefa ərizəsi yazaraq, vəzifəsilə vidalaşıb.

Mətbuatın “növbə kimindir” sualı üzərində baş sındırdığı indiki dönəmdə istər-istəməz hakimiyyətin təkcə icraedici deyil, qanunverici qolundakı durum da gündəmə gəlir. Nəzərə alsaq ki, Azərbaycan parlamentində hətta 20-25 illik stajı olan millət vəkilləri var və belələri kifayət qədər çoxdur, o zaman pensiya yaşı çoxdan keçən və heç də yüksək faydalı iş əmsalı ilə seçilməyən deputatlarla vidalaşmaq məsləsi aktuallaşır. Bir məsələni də xüsusi vurğulamağa lüzum var ki, adətən əhalidə qıcıq yaradan primitiv, məntiqsiz və günün reallıqları ilə uzlaşmayan məddahlıq dolu açıqlamalar da əksər hallarda məhz pensiya yaşı çoxdan çatan və yaşı 70-i keçən, bu uzun illərdə insanların gözlərini “mazol edən” deputatlardan gəlir.

Ancaq təbi ki, bu fikirləri bütün yaşlı deputatlara aid etmək mümkün deyil. Yaşı 70-i keçmiş deputatların içərisində Vahid Əhmədov kimi fəallığı, savadı, təcrübəsi ilə parlamentə dəyər qatan deputatlar da var. Belə yaşlı deputaları parlamentə təsadüfə düşmüş bir çox gənc deputatlarla müqayisə belə etmək mümkün deyil.

Ancaq nəzərə alsaq ki, qanunverici orqana da əsasən gənclərin seçilməsi artıq  zamanın tələbidir, onda növbəti seçkilərdə yaşlı deputatların çoxunu parlamentdə görə bilməyəcəyimizi söyləyə bilərk.  Milli Məclisin tərkibinə nəzər yetirdikdə görünür ki, təkcə yaşı 70-i keçən deputatların sayı 20-dən çoxdur və onların böyük əksəriyyəti hakim YAP-ın təmsilçiləridir. Xatırladaq ki, ölkə başçısı hakim partiyanın fəaliyyətinin gücləndirilməsilə bağlı da fikir bildirib və söszüz ki, bunun üçün YAP-da da müəyyən islahatların aparılması aktuallaşır.

Onu da nəzərə alsaq ki, gələn ilin noyabrında yeni parlament seçkiləri keçiriləcək, o zaman hakim komandada islahatlar qərarı qətidirsə, aşağıda təqdim etdiyimiz siyahıdakı deputatların yəqin ki, əksəriyyətinin namizədliyi irəli sürülməyəcək:

Zeynəb Xanlarova - 83 yaş

Ağacan Əbiyev - 82 yaş

Fəttah Heydərov - 81 yaş

Yaqub Mahmudov - 80 yaş

Elxan Süleymanov - 79 yaş

Ziyad Səmədzadə - 79 yaş

Arif Rəhimzadə - 78 yaş

Xanhüseyn Kazımlı -77 yaş

Eldar İbrahimov - 74 yaş

Hüseynbala Mirələmov - 74 yaş

Rafiq Məmmədhəsnov - 74 yaş

Mixail Zabelin -73 yaş

Əliağa Hüseynov - 73 yaş

Hadı Rəcəbli - 72 yaş

Fəzail Ağamalı - 72 yaş

Madər Musayev - 72 yaş

Flora Qasımova - 72 yaş

Vahid Əhmədov - 72 yaş

Əhliman Əmiraslanov - 72 yaş

Tahir Süleymanov - 71 yaş

Yevda Abramov - 71 yaş

İsa Həbibəyli - 70 yaş

Mahir Aslanov – 70 yaş.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Cavan 2019-10-23 14:45:44

Onlar fikirləşməlidirlər ki.axı bizim nə fiziki imkanımız,nə savadımız nə biliyimiz millət vəkili olmaq üçün yetərsizdir.Müharibə vəziyyətində olduğumuz ermənilərin cavan.savadlı,zirək,millətçi,dörd-beş xarici dil bilən deputatlarının qabağına siz necə çıxacaqsınız nə danışacaqsınız?Ağzı söz tutmayan,iclasda yatan o şəxsi Şuşanın icra başçısı, millət vəkili edənlər bunu fikirləşirlərmi?Dövlətimizi hansı müdafiəsiz vəziyyətə saldıqlarının fərqindədirlərmi?

eloqlu 2019-10-23 14:45:44

parlament buraxilmalıdı yeni secki olmalıdı ))) yaşlı cavan hamısı istefa vermelidi

dadaşyev 2019-10-23 14:45:44

Vay dədəəə!Elə bilmişəm qədim Misir firounlarının mumiyalarıdı,başın haqqı.Dedim əlbət təzə tapıblar sarkofaqlardan.Birisi hətta firoun Tutanhamondu ki durufdu.Keçən əsrin əvvəllərində sarkofaqını açmışdılar haa,o alimlərin də hərəsi bir bəla ilə öldü adamın sarkofaqını açıblar deyə.Bax odu mən ölüm....Nə yaxşı!Lap sevindim vallah.

EJDER 2019-10-23 14:45:44

HEC BIRININUZUNDE NUR YOXDUR.BU CURLERLE HEC VAXT INKIWAF ETMEK OLMAZ.KIM BUNU DEYIRSE....LUKAWENKO CANI

EJDER 2019-10-23 14:45:44

BALI UWAQ MUWAQ BOYUYUB,ESGERDE GEDIF .AYE,LUKAWENKO CANI

dadaşyev 2019-10-23 14:45:44

Bunlar gərək özləri özlərinə sual verələr ki,25 il deputat olmaq olar?80-83 yaşınız var,bu yaşda insan nəvəsiylə,nəticəsiylə də yox,kötükcəsiylə vaxt keçirməkdən zövq alar,əlindən tutub bulvarda gəzməyə aparar,beşiyini yırğalayar.A balam,yəni vəzifə hərisliyi sizlərin ən şirin,ən gözəl,ən insani hisslərinizin də üstündən qələm çəkib?O yaşda qocalar üçün nəvə-nəticəylə vaxt keçirməkdən daha zövqlü nə olar yəni həyatda?A balam,bəsdi də.Vallah mazol olduq,billah mazol olduq eyni sifətlərdən,yaltaqlıqlardan.

O.B.N 2019-10-23 14:45:44

Müstəqilliyin əleyhinə səs verənlər Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri, Yaşar Əliyev – Azərbaycanın BMT-dəki nümayəndəsi, Abbas Abbasov – baş nazirin sabiq birinci müavini, Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti Samur Novruzov – sabiq nazir, vəfat edib Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur Zeynəb Xanlarova – xalq artisti, deputat Madər Musayev – iş adamı, Binəqədi rayonunun “əbədi” deputatı Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı Gennadi Timoşenko – sabiq deputat Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir Əli Həsənov – Baş nazirin müavini,”Qaçkınkom”un sədri Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsi sədri İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri Aslan Süleymanov – işsiz Arif Ağayev – Yasamalın keçmiş icra başçısı Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı Sahib Əkbərov – Kəlbəcərin icra başçısı Tapdıq Kamalov – sabiq deputat Rüfət Əsədov – NK-da şöbə müdiri Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı Arif Mövsümov – NK-da şöbə müdiri, vəfat edib Cahangir Hüseynov – deputat Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir Telman Orucov – ADP-nin keçmiş katibi Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri

77 yaşlı 2019-10-23 14:45:44

İnsan əlli yaşında həyatı hərtərəfli düşünür. Bəzi məmurlar 15-20 ilə cəmiyyət məsuliyyətini belə anlamır. Özəl şakəri olanlar, xüsusən əraziçilər əsas vəzifə əvəzinə baş "kas sirr" və ya yalnız xəzinədar kimi çalışırlar? Avropa Hüquqşünası Sərsəng üzrə Petisiya keçirtdi! Bəs, MV cənab E.Süleymanov nədən işğalda olan DQMV və ətraf rayonları əcnəbi hərbçilərin son tərk etmə tarixinə Petisiya təşkil etmədi və niyə etmir? R. İ.Quliyeva demişkən- Yaşın nə fərqi var ki? Yaş ən azı nisbi mükəmməllikdir!

Məhəbbət 2019-10-23 14:45:44

23 deputat.Dəhşətdi bu.İnsanın müəyyən yaş həddində sağlamlıq və özünü idarə etmə dövrü var.İnsan Xronoloji,Bioloji,Sosial və Psixoloji. Yuxarıda adları qeyd olunan deputatlarımız "PSİXOLİJİ" yaş həddindədirlər...,bəziləri isə uşaq ağlındadırlar.Sual meydana çıxır ki,"Özləri uşaq ağlında olan bu dedpitatlar qanunları necə anlayır və qəbul olunmasına səs verirlər????"

vidadi 2019-10-23 14:45:44

burada cəmi üç şəxsiyyet var,agacan ebiyev,v.ehmedov,yevda abrvamov

BAKILI 2019-10-23 14:45:44

Gulustan sarayinin direktorunun 81 yawi var o da o terefdendir

Mirzə AĞ 2019-10-23 14:45:44

Amandı, Xandostu! A.Rəhimzadə ilə E.İbrahimova toxunmayın!!! Onlar "bu məqam" üçün "can qoyublar" - necə yəni türk, elə sey olar?!

Son yazılar