Keçmiş prezidentin və ailə üzvlərinin təminatı üçün ayrılacaq vəsait məlum olub

Gələn il üçün Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün ayrılan vəsait məlum olub.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı üçün 327 min 170 manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar