Rövzət Qasımov MSK sədrinin müavini seçilib

Dərc olunub: 23/10/2019 - 16:21

6028548c-a09c-468b-ba99-383ab3241568Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin edilən Rövzət Qasımov MSK sədrinin müavini seçilib.

“Report” xəbər verir ki, qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

İclasda Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif olunub. Müzakirələrdən sonra təklif komissiyanın yekdil qərarı qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.






loading...


Fikrinizi bildirin