Almaniya istehsalı olan aviataksi ilk dəfə sərnişin daşıyıb
Baxiş sayı:
Dərc olunub:
23/10/2019 - 18:40
Almaniyanın "Volocopter" şirkətinin hazırladığı aviataksi ilk dəfə sərnişin daşıyıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlə uçuş Sinqapurun Marina körfəzində baş tutub.
Proses 2,5 dəqiqə davam edib. Qeyd edək ki, bu cür taksilər 110 km/saat sürətlə hərəkət edir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.