MİKAYIL CABBAROVA BÖYÜK SƏLAHİYYƏT VERİLDİ! - Bəs Kərəm Həsənov?

Hələ Təhsil naziri təyin olunanda bu vəzifənin öhdəsindən gələ biləcəyinə bəziləri şübhə ilə yanaşsalar da, görünür Mikayıl Cabbarovun həmin postdakı fəaliyyəti ölkə rəhbərliyini qane edib. Bunu sonradan onun uzun müddət Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan Vergilər Nazirliyinin başına gətirilməsi də təsdiq etdi.

Vergilər naziri postundakı fəaliyyəti göstərdi ki, Mikayıl Cabbarovun bu vəzifəyə gətirilməsi kadrlarla bağlı verilmiş ən uğurlu qərarlardan biridir. İnsafən, məhz onun artıq bütün əndazələri aşmış Fazil Məmmədovun yerinə təyinatından sonra xüsusilə də kiçik və mikro sahibkarlıq subyektləri nisbətən rahat nəfəs almağa başladılar. Qanunsuz yoxlama və tələblər demək olar ki, heçə endirildi. Sahibkarların müraciət və şikayətlərinə daha həssas yanaşılmağa başlandı. Sahibkarlar da əvəzində nazirliyin çağırış və tələblərini nəzərə alaraq, vergi intizamını artırdılar.

Misal üçün, əvvəllər qeydiyyatdan yayınan böyük sayda vətəndaşla rəsmən əmək müqavilələri bağlandı ki, bu da sosial ödəmələrin artmasına şərait yaratdı. Həmçinin, məlum oldu ki, repressiv, qanunsuz üsullardan istifadə etmədən, sadəcə qanunun tələb etdiyi şəkildə, rüşvətsiz-filansız da vergi planını daha asanlıqla və artıqlaması ilə yerinə yetirmək mümkündür. Doğrudur, sosial ödənişlərlə bağlı hesabatların DSMF-dən alınaraq, Vergilər Nazirliyinə verilməsi prosesində bir çox texniki problemlər və narazılıqlar yarandı. Lakin nazirlik bu işin də öhdəsindən uğurla gələ bildi.

Görünür, yuxarıda qeyd edilənlər və digər faktorlar Mikayıl Cabbarovun hökumətdə əsas fiqurlardan birinə çevrilməsi üçün zəmin yaradıb. O da məlumdur ki, hökumətdə struktur islahatlarına artıq xeyli müddətdir ciddi ehtiyac vardı. Və bu prosesin başlanğıc mərhələsində məhz M.Cabbarovdan istifadə edilməsi də yəqin ki, təsadüfi sayıla bilməz...

Bununla yanaşı, Şahin Mustafayevin İqtisadiyyat naziri vəzifəsindən çıxarılaraq, Baş Nazirin müavini postuna təyin edilməsini heç də vəzifə yüksəlişi kimi qiymətləndirməyənlərlə də hardasa razılaşmaq olar. Çünki hər halda, indiyə qədərki müşahidələr bu vəzifənin daha çox formal xarakter daşıdığı təəssüratı yaradıb. Ancaq yenə də Ş.Mustafayevin təyinatının sadəcə İqtisadiyyat naziri postunun boşaldılması və Mikayıl Cabbarovun oraya gətirilməsi ilə bağlı olub-olmadığını yaxın zamanda görəcəyik.

Hazırkı reallıq isə ondan ibarətdir ki, Vergilər Nazirliyinin və Dövlət Əmlak Komitəsinin, eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin faktiki olaraq, əvvəlki statuslarını itirərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi bu qurumu super nazirliyə, Mikayıl Cabbarovu isə super nazirə çevirdi. Və təbii ki, əgər Cabbarov vergi sistemindəki islahatları ümumilikdə ölkə iqtisadiyyatına da daşıya bilsə, bunun yalnız müsbət nəticələrini görə bilərik. Lakin nəzərə almaq lazımdır ki, ümumilikdə ölkə iqtisadiyyatında islahatlar aparmaq, ciddi nailiyyətlər əldə etmək heç də vergi planını doldurmaq qədər nisbətən sadə iş, vəzifə deyil...

Çoxlarının Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdiriləcəyini gözlədiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətə çevrilərək İqtisadiyyat Nazirliyinə birləşdirilməsi kifayət qədər gözlənilməz qərar oldu.

Bu komitə ölkədə barəsində ən çox danışılan, fəaliyyəti müzakirə olunan qurumlardan biri olsa da, onun struktur islahatlarının ilk hədəfinə çevrilməsini gözləyənlər çox deyildi. Burada onu da nəzərə almaq lazımdır ki, komitənin xidmətə çevrilərək, nazirliyə birləşdirilməsinə dair qərar verilsə də, bu xidmətə kimin rəhbərlik edəcəyinə aid rəsmi qərar hələ yoxdur. Əlbəttə ki, yeni quruma rəhbərliyin uzun illər komitəyə sədrlik etmiş Kərəm Həsənova həvalə olunacağı ehtimalı da az deyil. Deməli, belə nəticə yaranır ki, qurumun statusu kiçildilir və K.Həsənov ona rəhbər təyin ediləcəyi halda, M.Cabbarovun tabeliyində çalışacaq...

Ancaq M.Cabbarovun üzərinə böyük məsuliyyət qoyulduğundan, mümkündür ki, o, Kərəm Həsənovla deyil, başqa bir şəxslə işləmək istəsin. Bunu yaxın zamanlarda görəcəyik.

Ölkə başçısının son qərarları həm də onu göstərir ki, böyük ehtimalla Nazirlər Kabinetindəki struktur islahatları bununla yekunlaşmayacaq və İqtisadiyyat Nazirliyinə bənzər nazirliklərin sayı arta da bilər. Və yəqin ki, çox yaxın zamanda kadr və struktur islahatları ilə bağlı növbəti addımların şahidi olacağıq.

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

İ.İmamov 2019-10-24 08:54:05

Şahin müəllim və Mikayıl müəllim öz xidmətləri ilə cənab Prezidentimizin etimadını layiqincə doğruldacaqlar. Çünki onların hər ikisi əvvəlki dövləti vəzifələrində dövlətimizə və xalqımıza sədaqətlə xidmət edərək örnək olublar. Bu yolda onlara uğurlar arzu edirəm.

dövlətini sevən 2019-10-24 08:54:05

Cənab Prezident Əmlakda korrusiyanın kökünü kəsmək üçün çox düzgün bir qərar verdi. Əmlak idarəsi xalqın belini qırdı,belə ki,özəlləşmə xalqın xeyrinə aparılmadı və onların iş fəaliyyətinə nəzarət olunmadı.Özəlləşən müəssisələrdən heç biri öz səhmdarlarına divident vermədi, yəni qanunsuz iş fəaliyyətləri hökm sürdüyündən. Kərəm Həsənovun adamları, Əmlak idarəsindən gələn əli abdullayev rabitədə sosial narazılıqların yaranmasına şərait yaradır,o cümlədən qohumu rəsul bayramov...da

Fehle 2019-10-24 08:54:05

Keremin qoculari menim torpaq kagizini 2 gat giymete aformit elediler. Girmishem kreditlere. En ruwvetxor idaredi. Bunlarin təmizləmək lazimdi.

Vetendaw 2019-10-24 08:54:05

Halal olsun Mikayil Canbarova. Axir ki emlak komitesini duzelden tapildi. Xalq Mikayil mellime inanir. Emlak yigib bizi bogaza.

Vetandaşa 2019-10-24 08:54:05

Əmlakın o gədəsidə rabitəçiləri yığıb boğaza.

Müasir əmlakçı 2019-10-24 08:54:05

Kərəm Həsənov Baş nazirin müavini olacaq.

miri 2019-10-24 08:54:05

70 il ərzində ata və babalarımızın bizə qoyub saxladığı (dövlət istifadəsində olan) əmlakı bir sərəncam (başa çarə) ilə guya xalqa verdilər (əslində ata malını balaya satdılar) . Sonradan müxtəlif yollar ilə rentabelli iqtisadiyyat sahələrini və dəyərli əmlakı "vahid çətir altı" nə gətirdilər . Onların idarə olunmasını və mənfəətini "vahid kassa"ya daxil edilməsini bu təşkilata həvalə etmək ilə bu "işlər"in görülməsində böyük təcrübəsi olan struktur yarada bildilər. İndi yeni sərəncam ) ilə rəhbərliyə gətirilən bu cür "professor" bacarıqlı insanları çıxarması mümkünsüzü bərabərdir. Yox , əyər çıxarılması və əvəzində digər struktur yaratmaqla hər hansı addım atılsa, əvvəlkilərin ölənlərinə rəhmət oxutduracaqlar. Çünki idarə etmə fəlsəfəsi "vahid pəncərə" prinsipinə bağlıdır.

vidadi 2019-10-24 08:54:05

fazil milletin sinesine dag cekdi,ona gorede ishi bitdi

Vətəndaş 2019-10-24 08:54:05

Kərəm Həsənovun göstərişi ilə bələdiyyələr torpaqları icarəçilərin əlindən qanunsuz yollarla alıb müsabiqəyə çıxarırlar. Qanunsuz Hərraç Müsabiqə oyunları ilə insanları öz kölələrinə çeviriblər.İnsanları qanunsuz məsuliyyətə cəlb edirlər.

memati 2019-10-24 08:54:05

men inanmıeam ki bu cavan kadrlar canavar sürüsünün öhdəsindən gələ bunları erdoğan kimi tutub damlamaq lazımdır

memati 2019-10-24 08:54:05

yaş meselesi rol oynamır abş prezidentinin neçe yası var mesele odur ki bugünkü iqtidarda olanların arasina soxulub iqtidar donunda gizlenen satqınları temizlemek lazımdır

Eks əmlakçı 2019-10-24 08:54:05

Kərəm Həsənovun bütün rəsmi fəaliyyəti yalnız ... üzərində qurulub. Təbii ki, islahatçı Mikayıl Cabbarovla onun iş, fəaliyyət və düşüncə tərzi tam əksdir. Antonimdir. Birgə fəaliyyət mümkün deyil. Deməli Kərəm bitdi...

turan 2019-10-24 08:54:05

Mikayıl m-n.İqtisadiyyat naziri təyin edilməsi ən uğurlu seçimdir.Çünki Mikayıl m. az bir zamanda Təhsil Naz-də və çirkaba batmış Vergilər Nazirliyində çox böyük işlər gördü.Qayda qanun yaratdı.

a 2019-10-24 08:54:05

Həsənovlar getməlidir. Vaxtilə onlara ünvanlanan müraciətləri nəzərə almadıqlarına görə onlar dayaqlarını itiriblər...Əmlak komitəsi ən korrupsiyalaşmış qurumlardan biridir. Prezident çox düzgün qərar verib.

Son yazılar