Tovuzda baş vermiş qəzada ölənlərin sayı artıb 

Dərc olunub: 23/10/2019 - 21:04

275db06a160991fTovuzda baş vermiş ağır avtoqəza nəticəsində xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

***

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər – 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.






loading...


Fikrinizi bildirin