Ukrayna ən kasıb Avropa ölkəsi olaraq tanındı

2019-cu ildə Avropada əhalinin istehlak qabliyyətinə görə Ukrayna ən aşağı reytinq göstəricilərinə malik olub.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, “Growth from Knowledge” şirkətinin araşdırmasında belə deyilir.

Həmin sorğuya əsasən, Ukrayna əhalisinin hər nəfərinə düşən istehlak qabliyyəti təxminən 1,8 min avro təşkil edir. Bu isə Şərqi Avropanın ən böyük dövlətini ən sonuncu sıraya gətirib çıxarıb.

Qalan aşağı ilk üçlükdə isə Moldova və Kosova qərarlaşıblar.

Birinci yeri isə vətəndaşlarının 67 min avroluq gəliri ilə Lixtenşteyn tutub.

Qeyd olunur ki, hələ bu ilin sentyabrında “Həyat uğrunda-Müxalifət platforması” partiyasının həmsədri Vadim Rabinoviç Beynəlxalq Valyuta Fondunun Ukraynanı korrupsiyanın səviyyəsinə görə 1-ci sıraya qoyduğunu xəbər etmişdi.

Onun sözlərinə görə, bu vaxta qədər ölkəyə yüksək faizlərlə 5 milyard dollar borc verilib və bunun sayəsində əhalini səfalət gününə salan qərarlar qəbul olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar