Nəhəng fond Rusiyadan çıxır

“Financial Times” (FT) qəzetində verilən bir xəbərdə, qlobal bazarlarda 25 milyard dollar həcmində aktivləri idarə edən ABŞ-ın “Blackstone” investisiya fondunun Rusiyada yeni sərmayə qoymayacağı iddia edilib.

Fonda yaxın mənbələr, üç il əvvəl dövlətdən 10 milyard dollar dəstək alan Rusiya Birbaşa Sərmayə Fonduna girən şirkətin qarşıdakı dövr üçün müştəriləri ilə müqavilələrini yeniləmədiyini bildiriblər.

Eyni mənbələr, “Blackstone”un bu şəkildə ölkədəki sərmayəsini tamamilə dayandıracağına işarə ediblər. “Blackstone” səlahiyyətliləri mövzu barədə açıqlama verməyib.

ABŞ və Avropa Birliyi ölkələrindən gələn sanksiyalar, Rusiya rəhbərliyinə yaxın sahibkarların sərmayələrini çətin vəziyyətdə qoyub.

“Blackstone”un üç il əvvəllə müqayisədə ölkədə sərmayə qoyacaq sahə tapa bilməməsinin də qərarına təsir göstərdiyi qeyd edilib. FT-yə məlumat verən mənbə, “Blackstone”, Rusiyanın yaxşı günlərində belə sərmayə edə bilməzdi, indi pis günləri bir düşünün” deyib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar