Türkiyəyə gələn suriyalıların sayı 100 min oldu

“Türkiyəyə gələn suriyalı qonaqlarımızın sayı 100 min nəfər oldu”. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Komitəsinin baş direktoru Fuad Oktay deyib.

Onun sözlərinə görə Suriyanın Rakka şəhərinin Təl-Abyad mahalında terror təşkilatı İŞİD ilə Demokratik Birlik Partiyası (PYD – PKK-nın Suriya qolu) arasında yaşanan qarşıdurmalardan qaçan suriyalılar, Suruç mahalında yaradılan sahədən Türkiyəyə gəlməyə davam edirlər.

Fuad Oktay bölgəyə gedərək gələn suriyalıların qeydə alınmasını və sağlamlıq testindən keçirilməsini araşdırıb.

Buradakı ailələrlə görüşən Oktay, çətinliklərini dinləyərək onlara köməkçi olacaqlarını söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar