ELMAN RÜSTƏMOV DA GEDİR? - Mərkəzi Bankdan təkzib edilmir

Hakim komandadakı kadr islahatlarının 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının(AMB) sədri olan Elman Rüstəmovdan da yan keçmədiyinə dair məlumatlar yayılıb. Belə ki, Elman Rüstəmovun vəzifəsindən istefa verdiyi və hətta artıq kollektivlə vidalaşdığı bildirilir.

Məlumatlarda həmçinin, E.Rüstəmovun Baş Nazirin müavini postuna təyin ediləcəyi də qeyd olunub. Ancaq yəqin ki, bu post ölkə iqtisadiyyatının idarə edilməsindəki roluna görə Mərkəzi Bankın sədri vəzifəsilə müqayisə edilə bilməz.

Artıq yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı da yayılan məlumatlar sırasındadır. FED.az məlumatı dəqiqləşdirmək üçün AMB-yə müraciət edib, bankdan bu barədə heç bir məlumatın olmadığı bildirilib. Amma məlumat təkzib də olunmayıb. Bu isə E.Rüstəmovun istefaya göndərilməsilə bağlı deyilənlərin həqiqət yükünü daha da artırır.

“AzPolitika.info” xatırladır ki, E.Rüstəmovun məlum devalvasiyalarda və ümumilikdə ölkənin bank sektorunda yaranan durumda özünəməxsus rolunun olduğuna dair iddialara tez-tez rast gəlinsə də, “baş bankirin” vəzifəsindən azad ediləcəyinə aid proqnozlara rast gəlinmirdi. Lakin görünür, ölkə iqtisadiyyatının idarəçiliyində doğrudan da yeni xətt seçilməkdədir və əgər Rüstəmovun istefası xəbəri təsdiqlənərsə, deməli yeni xətdə ona Mərkəzi Bankın rəhbəri kimi strateji mövqe verilməyəcək.

Xatırladaq ki, 67 yaşı olan Elman Rüstəmov 1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.1995-ci ilin yanvarında isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub. O, həmçinin Dünya Bankının Azərbaycan üzrə sədridir.

E.Rüstəmov 2015-ci ilin aprelində yenidən 5 il müddətinə AMB-nin sədri vəzifəsinə təyin edilib və rəsmən səlahiyyət müddətinin bitməsinə yarım il qalır.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

sual 2019-10-24 18:33:53

NIYE, Elman Rustemov QAYTARMIR Dovlet Budcesine 700 milyon manat BORCUNU....??????????

Son yazılar