Bu gün bazarların gözü bu iki mühüm məlumatdadır

Bu gün Avro və Dollar valyutaları üzrə iki mühüm məlumat gözlənilir.

Məlumatlardan birincisi Avropa Mərkəzi Bankının sədri Mario Draghinin çıxışıdır. Onun şərhləri, Avroya müsbət və ya mənfi təsir edə bilir. Mario Draghi Bakı vaxtı ilə 18:00-da kameraların karşısına keçəcəkdir.

İkinci mühüm məlumat ABŞ-da təkrar mənzil bazarında satış məlumatı olacaqdır. Təkrar mənzil bazarında satış yaşayış evlərinin ötən ay ərzində çatdığı mövcud illik səviyyəsini göstərir. Proqnoz təkrar məzil bazarında satışların 5,2 milyona çatacağı istiqamətindədir. İyulda ev satışları 5,15 milyona çatmışdı. ABŞ-da ikinci əl ev satışları, ucuz kreditlər və artan tələb ilə İyulda gözlənilməz şəkildə 10 ayın ən yüksək səviyyəsinə yüksəlmişdi.

Həmçinin Avqustda ev satışlarının 1% artacağı gözlənilir. İyulda artım 2,4% təşkil etmişdi. Məlumatlar Bakı vaxtı ilə 19:00-da açıqlanacaqdır.

Bu hesabatlar ABŞ-ın mənzil bazarını, o cümlədən ümumilikdə iqtisadiyyatı təhlil etməyə imkan verir. Bir evin satışı ev sahiblərinin qısa bir müddət sonra mebellər və ev alətləri kimi malları satın alacağı deməkdir.

Açıqlanan göstərici proqnozdan yüksək çıxdıqda Dollara (USD) müsbət (öküz bazarı), aşağı çıxdıqda isə mənfi (ayı bazarı) təsir göstərir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar