Ərdoğan ABŞ-da səfərdədir

Türkiyənin yeni prezidenti BMT-nin Baş Assambleyasında çıxış edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərini edib.

Səfərin məqsədi Nyu-Yorkda BMT-nin 69-cu Baş Assambleyasında iştirak etmək və bir sıra rəsmi görüşlər keçirməkdir.

Ərdoğanın Amerika səfəri 5 gün davam edəcək. Türkiyə prezidenti əvvəlcə BMT-nin baş katibi Pan Gi-munla görüşəcək, BMT-nin Baş Assambleyası çərçivəsində Fələstin və İraq prezidentləri ilə təkbətək görüş keçirəcək.

Rəcəb Tayyib Ərdoğanın Baş Assambleyada çıxışı da gözlənilir. /İHA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar