"Qarabağ" - APOEL oyununda hesab bərabərləşib - YENİLƏNİB

"Qarabağ" - APOEL oyununda hesab bərabərləşib.

"Report" xəbər verir ki, meydan sahiblərinin heyətində Ailton Silva fərqlənib - "Qarabağ" - APOEL - 2:2

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində III turu çərçivəsində Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edir.

***

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra rəqib öndədir. Azərbaycan çempionu hesabı açsa da, üstünlüyünü qoruya bilməyib - 1:2.

***

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyununda üçüncü qol vurulub.

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 45+1-ci dəqiqəsində rəqib hesabda önə keçib. Qonaqların heyətində Linus Hallenius fərqlənib - 2:1.

***

"Qarabağ" APOEL-lə oyunda hesabı açıb.

"Report"un məlumatına görə, Dani Kintana qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar