ƏHMƏD ƏHMƏZADƏ DƏ GEDƏNLƏRƏ QOŞULUR - İstefa ərizəsi yazdığı bildirilir

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb. “AzPolitika.info”-ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur. Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir. Onu da xatırladaq ki, Ə.Əhmədzadənin Zaqatala rayonunun icra başçısı vəzifəsini daşıyan qardaşı Mübariz Əhmədzadənin də 72 yaşı var...

Qeyd edək ki, 3 gün əvvəl ölkə başçısı pensiya yaşına çatmış və yaşı 70-i keçən məmurlara çağırış edərək, onların könüllü şəkildə istefa verməli olduqlarını bildirmişdi. Görünür, Ə.Əhmədzadə də Prezidentin bu çağırışına qoşulanların sırasına daxil olmaq qərarına gəlib.

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev-ə 2019-10-25 08:59:15

Maa elə gəlir ki bu Əhməd Əhməzdzadənin cavanlıq şəkilidir. Birdə ki ay Dadaşyev qağa qoy bu Əhmədi vəzifədən çıxartsınlar cəmi bir aydan sonra bax bunun halına. Türklər demişkən "Eşşəkdən düşmüş qarpıza bənzyəcək".

dadaşyev 2019-10-25 08:59:15

Maşallah,bunların hamısı firavan həyatdan necə də şux görünür,heç 40 yaş verməzsən adama.Dədələrimiz deyib ki,halal zəhmət üz ağardar.Yalan deyiblər.Halal çörəklə yaşayanların üzünü görəndə adam qorxur,dərddən-qəmdən sifətləri Afrik Simonun sifəti kimi qap-qaradı.Amma buna bax.Yanaqları dağ laləsi kimidi,Nəsimi demiş"Üzündür o taban qəmər ki,ənvari-tabından onun,Xurşidü mahın tələti daim tutuşmuş yanədir".

Elşad 2019-10-25 08:59:15

Allaha çox şükür! Axır ki, bu günü də görəcəyik. Hələ Sovetin vaxtından bu yana 1 nömrəli büdcətalayanımız.

Mirzə AĞ 2019-10-25 08:59:15

Əhməd hardadı, Əhməd hardadı?!

OXUCU 2019-10-25 08:59:15

Bu adam güclə yeriyir,necə olur ki bu boyda təşkilata rəhbərlik edir. Getsin istirahət eləsin.Yer üzündə əvəzolunmaz adam yoxdur.

Son yazılar