Azərbaycan millisi elit-raunda yüksəlib

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Joze Alesionun baş məşqçisi olduğu komanda oyunları Bakıda baş tutan Avropa zonasının 3-cü qrupunda 2-ci matçına çıxıb.

İlk turda Moldovanı 3:1 hesabı ilə yenən komanda Monteneqro ilə görüşüb. Yığma 5-ci dəqiqədə Bolinyanın qolu ilə hesabı açıb. Lakin ardınca iki top buraxan milli fasiləyə məğlub yollanıb.

İkinci hissənin əvvəlində Ramiz Çovdarov hesabda tarazlıq yaradıb. Hissənin ikinci yarısında Amir Şocaei qələbə qoluna imza atıb – 3:2.

Günün digər matçında ikinci qələbəsini qazanan Slovakiya Moldovanı 7:4 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Azərbaycan və Slovakiya milliləri ilk iki yeri təmin edərək elit-raunda yüksəliblər.

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq III turda Moldova – Monteneqro və Azərbaycan – Slovakiya oyunları keçiriləcək.

II tur

24 oktyabr

Moldova - Slovakiya – 4:7

Azərbaycan – Monteneqro – 3:2

Bolinya, 5, Çovdarov, 22, Şocaei, 34 – Peroşeviç, 8, Obradoviç, 10

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar