MTRŞ televiziyalardan NARAZILIQ etdi

Mili Televiziya və Radio Yayımı Şurası (MTRŞ) televiziyalarda yaradılan bədii şuraların tərkibindən narazıdır.

Şuranın aparat rəhbəri Toğrul Məmmədov Lent.az-a açıqlamasında qeyd edib ki, MTRŞ bədii şuraların tərkibi ilə bağlı irad bildirsə də, hələ də nöqsanlar qalmaqdadır: "Şuraların tərkibində dilçi mütəxəsissislər yox idi. MTRŞ sədri də bununla əlaqədar narazılığını bildirmişdi. MTRŞ-nın tövsiyəsindən sonra müəyyən addımlar atılıb. Bədii şuralara dilçi mütəxəssislər cəlb olunub".

T. Məmmədov qeyd edib ki, bədii şuralarda daha bir problem telekanal rəhbərlərinin də bu şuralarda təmsil olunmasıdır: "Televiziya rəhbərləri dilçi olduğu təqdirdə bədii şuralarda təmsil oluna bilərlər. Dilçi olmayan telekanal rəhbərinin bədii şurada təmsil olunması düzgün deyil".

T. Məmmədovun sözlərinə görə, sentyabrın əvvəlindən etibarən MTRŞ Dilçilik İnstitutunun mütəxəssisləri ilə birlikdə televiziyalardakı dil məsələlərini araşdırır: "Monitorinqlər oktyabrın sonuna qədər davam edəcək və ondan sonra bununla bağlı hesabat hazırlayacağıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar