"Putin  bildirdi ki, səhərdən axşama varis axtarır…” - Kiselyov

Kremlin bir nömtəli təbliğatçısı, “Rossia Today” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bildirib ki, president Vladimir Putin “səhərdən axşama” varis barədə düşünür.

“Putin özü dedi ki, o varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varies qoymamaq məsuliyyətsizlik olardı. Mən hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir”,-Kiselyov bildirib.

Doğrudur, Kiselyov bu haqda Rusiya dövlət telekanalının efirində deyil, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri qarşısında deyib. O, Putinə söhbətinə istinad edərək prezidentin özünə varies hazırladığını bildirib, lakin potensial varisin adını çəkməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Putinin səlahiyyət müddətinin bitməsinə hələ çox var və ona görə də varis barədə Kremldə heç kim fikirləşmir. Peskovun sözlərinə görə, ali dövlət postunda qalmaq məsələsində Putin yaşı deyil, Konstitusiyanı əsas götürür. Konstitusiyada isə prezident olmaq üçün son yaş məhdudiyyəti mövcud deyil.

Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. O, bir neçə dəfə həmin müddət bitəndən sonra yenidən prezident olub-olmayacağı (Konstitusiyanı dəyişdirmək hesabına) haqda sualla qarşılaşıb. Və hər dəfə qeyri-müəyyən cavablar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar