Rusiyadan böyük risk

Rusiyanın neft-qaz şirkətləri beynəlxalq sanksiyalardan yayınmaq üçün sövdələşmələri rublla bağlamağa başlayıb. Virtualaz.org saytı xəbər verir ki, ötən həftə “Qazpromneft” ilk dəfə Avropada 80 min ton nefti rubla satıb.

“Nezavisimaya qazeta” yazır ki, şirkət eyni vaxtda Asiyaya yuana neft satmağa başlayıb.

Şirkətin rəhbəri Aleksandr Dyukov məlumatı təsdiqləyərək bildirib ki, şirkət bütün neft və neft məhsulları ilə alıcıları ilə bağlanan müqavilələrdə hesabı avroya çevirib ödəməyə imkan verən əlavə razılaşma da imzalayır.

Bununla belə A.Dyukov deyib ki, dollar dünya valyutasıdır və istənilən digər valyutaya keçmək risklərlə doludur.

“Lakin biz dollar hesablaşmasından kənarda əhəmiyyətli həcmdə neft və neft məhsulları sata bilərik” - deyə A.Dyukov bildirib.

Ekspertlərin qənaətinə görə, Rusiyanın nefti rubla satması indiki situasiyada xeyli risklidir, çünki rublun kursu hazırda sabit deyil və şirkətlər iri həcmdə ziyana düşə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar