Səfər Əbiyevin üç köməkçisi işdən çıxarıldı

Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri davam etdirilir. AzNews.az-a daxil olan məlumata görə, yeni təyin olunan müdafiə naziri Zakir Həsənov ciddi kadr dəyişikləri aparıb. O nazirin üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq.O, bu barədə məlumatı, nə təkzib, nə də təsdiq etdi. “Hazırda mən məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”. Daha sonra naziliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar