Hərbi təlimlərin yeni mərhələsi başlayır - Video

Birgə təlimlərin yeni mərhələsi bu gündən etibarən start götürür

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin bu gündən növbəti mərhələsi başlayır.

ANS TV- nin məlumatına görə, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib. Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3- dək davam edəcək.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30- dan artıq aviasiya vasitələri, o cümlədən, “MiQ-29”, “F-16” qırıcı, “Su-25” hücum və “C-130” Herkules hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W” Super Cobra döyüş və “Mi-17”, Sikorski “UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar