Xomeyniyə lətifə qoşanlar tutuldu

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Şirazdakı “Sarəllah” qərargahının komandiri İsmayıl Mohebbipur sentyabrın 21-də jurnalistlərə açıqlamasında islam respublikasının banisi ayətullah Xomeynini sosial şəbəkələrdə təhqir edənlərdən danışıb.

“Media forum” saytının məlumatına görə, İsmayıl Mohebbipur deyib ki, polis və təhlükəsizlik qurumları virtual aləmdə ayətullah Ruhullah Xomeynini təhqir edənlərin fəaliyyətini nəzarətdə saxlayır: “Sosial şəbəkələrdə ayətullah Xomeyni haqqında təhqiramiz lətifələr qoşub yayanlardan 11 nəfəri tutulub. Tutulanlar hazırda dindirilir. Onlar öz səhvlərini boyunlarına alıblar”.

“Sepah” komandiri tutulan şəxslərin kimliyi və hazırda harada saxlandığı haqda hər hansı bir məlumat verməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar