8 hərbçini güllələmiş əsgərin adı açıqlandı - Rusiyada

Rusiya Təhqiqat Komitəsi Zabaykalyedə 8 hərbçini güllələmiş əsgərin adını açıqlayıb.

Axar.az xəbər verir ki, oktyabrın 25-də hərbçi yoldaşlarına Zabaykalyedəki 54160 saylı hərbi hissənin müddətli hərbi xidmət çəkən əsgəri Ramil Şamsuddinov güllə açıb. R.Şamsuddinov saxlanılıb, onun barəsində cinayət işi açılıb.

Xatırladaq ki, hadisə keşik çəkən əsgərlərin növbəsinin dəyişməsi zamanı baş verib. Təmir-texniki bazanın əsgəri olan R.Şamsuddinov tabel silahından atəş açaraq beş müddətli xidmət çəkən əsgər, bir muzdlu hərbçi və iki zabiti öldürüb, daha iki nəfər ağır yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar