Salyanda 8 yaşlı qızı maşın vurub

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yolu keçmək istərkən “BMW” markalı avtomobil onu vurub.

Azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar