Senatorlar terrorçunu ABŞ-a dəvət edirlər - Məzlum «İnterpol»un xətti ilə axtarışdadır

Türkiyə tərəfi əsasən kürd silahlılardan ibarət olan və «Suriya Demokratik Qüvvələri» (SDQ) adlanan terrorçu qruplaşmanın komandanı general Məzlum Kobanini «qanuni siyasi fiqur» kimi tanıdığına görə, Birləşmiş Ştatları tənqid edib.

Türkiyədən qaynaqlanan bu xəbər Suriyanın şimal-şərqində Türkiyənin hücumlarının dayandırılması fonunda, NATO üzrə müttəfiq olan iki dövlət arasında gərginiyin davam etməsinin göstəricisi sayıla bilər («Röyter»).

Rəsmi Ankara Məzlum Kobanini terrorşu PKK təşkilatı ilə sıx əlaqəli olan «terrorçu» kimi tanıyır. O da məlumdur ki, həm ABŞ, həm də Avropa İttifaqı (Aİ) PKK-nı çoxdan terrorçu təşkilat kimi tanıyıb.

«Biz, Birləşmiş Ştatların Məzlum Kobaniyə yönəlik «dolayı» münasibətindən dərin narahatlıq keçiririk. Bu adam PKK-nın yüksək çinli komandiridir. Birləşmiş Ştatlar da bu təşkilatı terrorçu qruplaşma heab edir. Bu adam isə ədalət mühakiməsindən gizlənir» - deyə, Türkiyə Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsinin direktoru Fəxrəddin Altun bəyan edib.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ-n demokrat və respublikaçı senatorları Dövlət Departamentinə müraciət edərək, Məzlum Kobaninin ABŞ-a girişini təmin etmək üçün, ona opreativ viza verilməsini istəyiblər. Guya o, ABŞ konqresmenlərini Suriyanın şimalındakı vəziyyətlə tanış edə bilər.

Bundan bir qədər əvvəl isə ABŞ prezidenti Donald Tramp Kobani ilə «söhbət» etdiyini xatırlatmışdı. Respublikaçı senatorlar Lindsi Qrem və Marşa Blekbern, Konqresin yuxarı palatasının üzvləri - Kris Van Hollen, Janna Şaxin və Riçard Blümental isə Məzlum Kobaniyə viza verilməsi prosesini sürətləndirmək xahişi ilə dövlət katibi Mayk Pompeoya məktub göndəriblər.

Məktubda deyilir: «Vəziyyətlə bağlı ciddi narahatlıq keçiririk söyləmək, ciddiliyi azaltmaq demək olardı. Daha faydalı olardı ki, həm Ağ Evdə, həm də Konqresdə Məzlum Kobanini dinləyək».

İndi isə gəlin diqqət yetirək: ABŞ hərbçiləri Sriyaya hansı bəhanə ilə girib? Əlbəttə ki, rəsmi elan olunduğu kimi, guya, Suriya ərazisində İŞİD adlı terrorçu qruplaşmalarla mübarizə məqsədilə - yəni, terrora qarşı mübarizə məqsədi ilə daxil olub. Hələ onu bir kənara qoyuram ki, İŞİD adlandırılan «dəstə»nin qəflətən Suiyada peyda olması özü şübhəli görünür…

Terrorla mübarizə aparmaq üçün «okeanın o tayından zəhmət qəbul edib, Yaxın Şərbə təşrif buyuran ABŞ dövləti» indi elə həmin terrorçulardan birini - Məzlum Kobanini Vaşinqtona dəvət edir?!

Belədə, gərəkdir ki, hamıya «dərs keçmək» iddiasında olan ABŞ rəhbərliyi, ilk növbədə, prezident Donald Tramp ABŞ-ın bu «məntiqsizliyi»nə aydınlıq gətirsin. Əks halda onun «terrorla mübarizə aparırıq» səciyyəli bəyanatları «bir fındıq» dəyərində olmayacaq, əksinə, ABŞ dövlətinin terrorla (terrorçularla) «bir nohurdan su içdiyi»ni təsdiqləmiş olacaq.

Ümumiyyətlə, Suriyada cərəyan edən proseslər açıq şəkildə ortaya qoydu ki, ABŞ və onun rəhbərlik etdiyi «koalisiya» terrorla həmrəngdir! Məzlumun Vaşinqtona dəvət olunması bunun əyani sübutundan başqa bir şey deyil. Ehtimal etmək olar ki, ABŞ indi də Məzlum adlı terrorçu ilə yeni-birgə terror əməliyyatlarının senarisini «cızmaq» cəhdi göstərir…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-10-26 00:14:57

Allah türklərə güc və qüdrət verib,həm də yezidi kürd adlı bir bəla.Biz,gərək, türk olaraq önümüzdəki erməni-yezidi kürd maneəsini aşaq!Türkiyə,İnşəllah, bu məlunları tezliklə məhv edəcək!Allah türkün düşmənlərinə fürsət verməsin!

Son yazılar