Sürücülərin nəzərinə: Yol hərəkəti qaydalarında yeniliklər olacaq

Azərbaycanda yol hərəkəti ilə bağlı qaydalarda yeniliklər və dəyişikliklər edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 27-ci və 50-ci maddələrinə əlavə və dəyişikliklər edilir.

27-ci maddənin XIII-I hissəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına bu da əlavə edilir: fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını.

Qanunun 50-ci maddəsinin “sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun” adlı III hissəsində isə “seçməlidir ki, sözündən sonra “eyni zolaqda özündən” sözləri əlavə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar