“Növbəti dəfə deputat olmaq istəyirəm” - 72 yaşlı Hadi Rəcəbli

"Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır"

"AzPolitika" xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib.

"Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur. İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyatı yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm", - deyə H.Rəcəbli vurğulayıb.

Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

635x100

Şərhlər

t.ədalət 2019-10-26 11:40:59

Lənkərandakı "Beluqa" istirahət mərkəzini kənar müdaxilələrdən qoruyub işlətmək üçün deputat vəsiqəsindən yaxşı nə var?Belə yerdə deyiblər:"--Çalxa-çalxa yağ olsun.Hadi müəllim kefin çağ olsun!"

Müəllim 2019-10-26 11:40:59

.....Sənin tayların çoxdan qara mərmərdən baxir

vidadi goyce 2019-10-26 11:40:59

metamorfoza,

Bashirov Qarib 2019-10-26 11:40:59

Hadı muəllim, arxayın olun. Sizin xarakterdə,sizin standartda olan adamı mutləq deputat kimi istifadə edəcəklər. Deputat uçun butun parametlərə maliksiniz.

yalçın 2019-10-26 11:40:59

yenə də seçki yox təyinat olacaqsa, şansın çox böyükdür..

Mirzə AĞ 2019-10-26 11:40:59

Niyə, göydən səbətlə düşmüsən?! .........

dadaşyev 2019-10-26 11:40:59

Deputat niyə olmaq istəyirsən?Məclis rahatdı,işıqlıdı,kresloları da enli və yumşaqdı,ona görə?Get bir az da daş daşı,tərlə ki xolesterin,zəhərli toksin-filan çıxsın bədənindən.Həm sağlam olarsan,həm də cəmiyyətə heç olmasa bu yaşından sonra az da olsa faydan dəyər.O dünyada Ədalət Məhkəməsində mələklər soruşanda ki,nə işlə məşğul olmusan,deyəsən ona-buna ev tikmək üçün daş daşımışam.Yoxsa desən ki,deputat olmuşam,deyəcəklər a kişi,iş soruşuruq,iş.Kresloda ömür boyu əsnəyə-əsnəyə oturmaq nə vaxtdan iş olub?

Sahib kazimov 2019-10-26 11:40:59

Lenkaran camahati cana yigilib bu gocanin elinnen. Seni deputat yox coban teyin elemek lazimdi ucqar kendde

Son yazılar