Azərbaycan bazarına növbəti lüks avtomobil gəlir

Tezliklə Bakıda “Rolls-Royce” avtomobillərinin satış mərkəzi fəaliyyətə başlayacaqdır.

İngiltərənin “Rolls-Royce” avtomobil şirkəti Azərbaycanın “Rolls-Royce Motor Cars Baku” şirkətinə rəsmi distribütorluq səlahiyyətini verib. Oktyabrın sonunda markanın Bakıda satış salonu açılacaqdır.

“Rolls-Royce” Almaniyanın “BMW AG” konserninə daxildir. Azərbaycanda da “Rolls-Royce Motor Cars Baku” şirkəti “BMW”nin rəsmi idxalçısı “İmprotex Motors” şirkətinə bağlıdır.

Azərbaycanın iş elanı saytlarında yerləşdirilmiş elanlardan məlum olur ki, “Rolls-Royce Motor Cars Baku” işçi qəbuluna başlayıb. CV-lər 15 avqust 2014-cü il tarixinədək təqdim edilməli idi.

Bu ilin yanvarında “Rolls-Royce Motor Cars”ın baş icraçı direktoru Torsten Muller Otvos bildirmişdi ki, şirkət Azərbaycan və Qazaxıstan bazarlarına daxil olmaq imkanlarını öyrənir. Gələcəkdə bu ölkələrdəki əməliyyatlar “Rolls-Royce”un Dubaydakı ofisi vasitəsilə idarə olunacaqdır. /“Marja”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar