Kərbəla ziyarətində ölən şəxsin ölkəyə gətirilməsində problem yaranıb

Azərbaycanlı zəvvar Kərbəla ziyarəti zamanı ölüb.

Bu haqda APA-ya İmişli Rayon İcra Hakimiyyətinin Sərxanlı kənd üzrə icra nümayəndəsi İkram Mahmudov məlumat verib. O bildirib ki, rayonun Sərxanlı kənd sakini Yusifov Davər Qəfər oğlu Kərbəla ziyarəti zamanı səhhəti pisləşərək ölüb. Onun meyiti Azərbaycana gətirilərək dəfn olunacaq.

Mərhumun əmisi oğlu Yavər Yusifov APA-ya açıqlamasında Davər Yusifovun həyat yoldaşı ilə birlikdə ziyarətə getdiyini deyib: “Nəcəf şəhərində olduğu zaman həyat yoldaşından ayrılıb. Səbəb isə qadınların və kişilərin ziyarətgaha ayrı-ayrı daxil olması olub. Davər həyat yoldaşından ayrılanda səhhəti pisləşib. Bir nəfər kömək edərək, əl-üzünü yuyub, kənara çəkib. Həkim çağırmağa gedib. Qayıdanda görüb ki, Davər yoxdur. Sonradan məlum olub ki, onu xəstəxanaya aparılıblar və orada vəfat edib”.

Yavər Yusifov daha sonra bildirib ki, mərhumu Azərbaycana gətirib, dəfn etmək üçün külli miqdarda vəsaitə ehtiyac var: “Aidiyyəti qurumlara müraciət olunub. Hələlik cavab verilməyib. Kənd camaatı lazım olan məbləği düzəltmək üçün öz yardımını əsirgəmir”.

Qeyd edək ki, Kərbala ziyarətinə gedən D.Yusifovun itkin düşməsi barədə məlumat yayılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar