Hava yenidən isinir - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasAtmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin gecə və səhər tutqun olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Günün ikinci yarısı isə havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 17-20, gündüz 23-28 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 23-də axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar