Putin gələn həftə İlham Əliyevlə görüşəcək

5 ölkənin prezidenti Həştərxana toplaşır

Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putinin IV Xəzər sammiti çərçivəsində sentyabrın 29-da Həştərxanda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri ilə görüşəcəyinə dair məlumat yayıb.

Məlumata əsasən görüşdə Xəzəryanı ölkələr arasında qarşılıqlı əməkdaşlığa dair mümüm məsələlər müzakirə olunacaq, Bakıda 2010-cu ildə keçirilmiş bundan əvvəlki Xəzər sammitində qəbul edilmiş qərarların reallaşdırılmasının gedişi, prioritet əməkdaşlıq istiqamətləri gündəmə gələcək.

“Sammitdə konkret sənədlərin imzalanması nəzərdə tutulur. Həmçinin prezident Vladimir Putinin “Xəzər beşliyi”inə daxil olan ölkələrin prezidentləri ilə bir sıra ikitərəfli görüşləri olacaq” - deyə Kremlin mətbuat xidməti bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar