RUSİYANIN ATOM SUALTI QAYIĞINDA PROBLEM... - Putin də izləyirmiş  

“17 oktyabrda Rusiya atom sualtı qayığından qitələrarası balistik raket buraxıb. Raket yüzlərcə kilometr uçduqdan sonra Rusiyanın Arktik sahilləri yaxınlığıda dənizə düşüb”.

“AzPolitika.info”nun məlumatına görə, bu məlumat ABŞ-ın “Forbes” jurnalında dərc olunan “Rusiyanın zərbə atom sulatı qayığında problem olub” başlıqlı yazıda yer alıb.

Yazıda daha sonra bildirilir: “Bu, geniş reklam olunan, hətta prezident Putinin də izlədiyi “Qrom-2019” adlandırılan və nüvə silahı daşıya bilən raketlərdən istifadə edilən geniş miqyaslı təlim çərçivəsində baş verib.

Bəs problem nədədir? Belə güman edilir ki, öncədən iki raketin buraxılması qərara alınıb.

Sınaq müddəti zamanı raketdə problemlər baş verməsi halları istənilən ölkədə olur. Müasir Rusiya sualtı qayıqları 16 raket daşıyır. Amerikanın “Ohayo” strateji atom sualtı qayığı isə 24 raketlə təchiz edilir. Amma istənilən uğursuz buraxılışdan sonra mütəxəssislər hər şeyə diqqətlə nəzarət edir. Eyni zamnda da, həm döyüş hazırlığı, həm də istismara yaralıq səviyyəsi barəsində düzgün təsəvvür alamağa çalışırlar.

Rusiya KİV-ləri müdafiə nazirliyinə istinad edərək bildirirlər ki, yalnız bir raketin buraxılması qərara alınıbmış. “Raketlərdən birinin texniki vəziyyətiylə bağlı məlumatı dəyərləndirdikdən sonra belə qərara gəlinib ki, təlimlərin gedişi zamanı ondan istifadə olunmasın” - deyə məlumatda deyilir.

Burada söhbət “P29P” raketlərindən gedir (NATO kodlaşdırmasına görə “Stingray” və ya “Skat”). Həmin raketin fəaliyyət radiusu 6500 kilometrdir və onun başlıq hissəsi 7 yerə ayrılaraq müxtəlif hədəgləri vura bilər. Döyüş başlıqlarının hər birinin gücü 0,2 maqatondur. Bu, o anlama gəlir ki, “P29P” raketi Xirosimaya atılan bombadan 90 dəfə güclüdür.

Hərbi təlimlər zamanı “K-44 Ryazan” raketdaşıyan sualtı qayığından bir raket buraxılıb. Bu sualtı qayıq “Delta III” Atom Sualtı Qayığı (ASQ) sinfinin yeganə nümayəndəsidir. “Ryazan” sualtı qayığının baza məkanı Sakit okeandır. Bu sualtı qayığın əsası 1980-ci ildə qoyulub. Lakin o bir neçə il öncə modernləşdirilib və indiyədək döyüş cərgəsindədir. Amma hər halda “Ryazan”ASQ-nin köhnə nəslinin mümayəndəsidir.

Nüvə arsenalı tərkibinə daxil olan “Skat”raketlərinin əksəriyyəti və həmçinin də “Delata III” sinfindən olan sualtı qayıqlar öz xidmət müddətinin sonuna yaxınlaşır. Lakin donanmada onları daha müasir zərbə sulatı qayıqlarının əvəzləməsinə hazırlıq gedir. Gələcək plana əsasən ”Borey II” layihəsindən olan yeddi ədəd yeni sualtı qayıq inşa ediləcək. Hazırda Rusiya Hərbi Dəniz Donanması “Borey I” layihəsindən olan üç sualtı qayığa malikdir.

“Delta III” sinıfindən olan sualtı qayıqlardan əlavə, daha müasir sualtı qayıqlar da va.r Onlar ən yeni “Bulava”raketləriylə təchiz ediliblər. Lakin vaxtilə bu raketlərin də, bir neçə uğursuz buaraxışlışı olub.Ona görə də, mütəxəssislər gələcək sınaqlar və təlimləri çox diqqətlə izləyəcəklər".

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar